4 Noyabr 2016 11:59
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş prokurorluqda ifadə verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Dəmirtaş ədalətli və tərəfsiz məhkəmə qarşısında hesabat verməkdən qaçmayacağını deyib:

“Ölkəmizdə məhkəmənin nüfuzu ayaqlar altında ikən mühakimə olunmağı qəbul etməyəcəm. Siyasətçilərin siyasi arenadakı dinləyiciləri siyasətçilərdir, məhkəmə nümayəndələri deyil. Siyasi fəaliyyətim səbəbindən məni ancaq xalqım və seçicilərim mühakimə edə bilər.

Biz xalqın təmsilçiləriyik. Mən təmsil etdiyim xalqa hörmətsizlik edilməsinə icazə verməyəcəm”.

Dəmirtaş ifadəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da mesaj göndərib: “Yox”larla dolu siyasi keçmişə sahib olan Ərdoğanın əmri ilə başlanan bu tamaşanın fiquru olmaycam”.

Samir


Müəllif:

Oxşar xəbərlər