Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Mixail Deqtyarevin köməkçisi Sergey Morozov Suriyada həlak olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Rötyers” agentliyi məlumat yayıb. Deputat öz bu faktı “Qazeta.ru”ya təsdiqləyib.
Qeyd olunur ki, bu ilin martında Morozov Suriyanın Palmira şəhəri yaxınlığında yaralanıb və xəstəxanaya aparılarkən yolda keçinib. “Röyters”in məlumatına görə, deputatın köməkçisi Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında müqavilə əsasında (muzdla) iştirak edib.
“O, son illərdə öz soykökünə qayıtmışdı. Sergey kazak idi, Kubana köçmüşdü. Onun əvvəllər hərbi xidmət keçmədiyi dəqiq idi. Sadə oğlan idi, ailəsi vardı, kiçik sahibkarlıqla məşğul olurdu. Bir neçə ildir onunla əlaqəm yox idi. Amma bilirdim ki, könüllü olaraq Donbasa gedib, orda Donetsk Xalq Respublikası silahlılarının tərəfində dayanıb”, - deyə RİA “Novosti” deputatdan sitat gətirir.
Qeyd edək ki, bu ilin iyulunda müqavilə əsasında xidmət keçən rus hərbçisi Nikita Şevçenko da Hələbdə həlak olmuşdu.
Səxavət