Ötən gecə həbs olunan Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkirdən olan millət vəkili Ziya Pir azad edilib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Pirə qarşı terror təşkilatının təbliğatını aparmaq, silahlı terror təşkilatına üzv olmaq, cinayət törətməyə təhrik etmək ittihamları irəli sürülüb.
Samir