4 Noyabr 2016 20:12
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı gözlənilir. Bu, Pekin və London arasında dəmiryolu əlaqəsinin ən vacib hissəsi olacaq."

"Report"un verdiyi xəbərə görə, bunu İstanbulda keçirilən Maliyyə Konqresində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident həmçinin bildirib ki, səkkiz il davam edən qlobal böhranın neqativ nəticələrini yalnız islahat yolu ilə aradan qaldırmaq mümkündür.

Onun sözlərinə görə, dəyişikliklərin baş verməməsi onunla nəticələndi ki, dünya iqtisadiyyatı hələ də 2008-ci ilin həcminə çata bilməyib.

R.T.Ərdoğan vurğulayıb ki, ciddi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ümumdünya göstəricilərini üstələyən artım göstərib: "Eyni zamanda böyük dövlətlərin orta inkişaf göstəriciləri 2% səviyyəsindədir".

O diqqətə çatdırıb ki, Türkiyədə iqtisadi inkişaf tempi 3-4% civarındadır, baxmayaraq, ölkə qeyri-sabit regionda yerləşir.

"Qlobal iqtisadi böhran başlayanda demişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri mənim sözlərimə qeyri-ciddi yanaşdı. Ancaq reallıq onu göstərdi ki, 2009-cu ildə cüzi geriləmə istisna olmaqla, Türkiyənin iqtisadiyyatı rekord sürətlə artdı. Bundan başqa, ölkədə dövlət çevrilişinə cəhd oldu. Buna baxmayaraq, meqalayihələrin reallaşması davam etdirildi", - R.T.Ərdoğan deyib.


Müəllif: