5 Noyabr 2016 01:25
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şırnak vilayətində 10 PKK terrorçusu öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər yayıb.

Məlumata görə, Şırnak Valiliyi PKK əleyhinə keçirilən hərbi əməliyyat zamanı 10 terrorçunun məhv edildiyini açıqlayıb. Əməliyyat Bestler Dərələr bölgəsində təşkil olunub.

Məlumatda bildirilir ki, əməliyyat zamanı əvvəlcə 6, sonra isə daha 4 PKK silahlısı məhv edilib. Hazırda bölgədə əməliyyat davam edir.


Müəllif: