5 Noyabr 2016 09:52
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın orta məktəblərində son 5 il ərzində müəllimlərin sayı təxminən 3 min nəfər azalıb.


Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, məlumat Ermənistan təhsil və elm nazirliyi rəsmi statistikasında yer alıb.


Belə ki, 2011/12-ci tədris ilində məktəblərdə 41757, 2012/13-də - 40830, 2014/15-də - 39018, 2015/16-cı tədris ilində isə 38690 müəllim çalışıb.

Müəllimlərin sayının azalmasının ildən ilə şagirdlərin sayının azalması ilə izah edilir. Rəsmi məlumata görə, 2011/12 tədris ilində Ermənistanda məktəblilərin sayı 386439 , 2015/16-cı tədris ilində isə 364398 nəfər təşkil edib. Nəticədə 5 il ərzində şagirdlərin sayı təqribən 22 min azalıb.


Müəllif: