5 Noyabr 2016 18:49
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

İsa Teres noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin xüsusi əməliyyat zamanı terrorçularla birlikdə məhv edilib.

İsa Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edib, uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.


Müəllif: