2 İyul 2014 20:07
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birmanın ikinci ən böyük şəhəri olan Mandalayedə buddistlər və müsəlmanlar arasında toqquşma baş verib.

Yerli polisin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları olaya müdaxilə etmək məcburiyyətində qalıblar.

Verilən məlumata görə, 500 nəfərə yaxın buddist dəmir və taxtalarla silahlanaraq, müsəlmanlara hücum etmək istəyiblər.

Rəsmilərin sözlərinə görə, son illər iki dinin nümayəndələri arasında toqquşmalar getdikcə artır.

Ülviyyə


Müəllif: