5 Noyabr 2016 21:12
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

CAR prezidenti Ceykob Zuma dövlət əmlakının israf olunması ilə bağlı yaranan qalmaqal fonunda həbs olunmaqdan qorxmadığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.

"Mən həbsxanada çox vaxt keçirmişəm. Mən həbsxanadan qorxmuram, mən orada olmuşam", — deyə Nelson Mandela ilə birgə Robbeneyland adasında 10 il həbsdə olan Zuma diqqətə çatdırıb.
Son vaxtlar hakim partiya dövlət əmlakının israf edilməsi ilə bağlı yaranan qalmaqal səbəbindən müxalifət tərəfindən təzyiqə məruz qalıb.

Zumanın prezidentlik müddəti 2019-cu ildə başa çatır.


Müəllif:

Oxşar xəbərlər