5 Noyabr 2016 23:10
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Tunceli rayonunun Mazgirt qəsəbəsində yaşayan 122 yaşlı Fidan Özcen çox yaşamasının sirrini daha çox qatıq və digər ağartı məhsulları ilə qidalanmasında gördüyünü deyib.


Teleqraf.com-un “Haber 7”yə istinadla verdiyi xəbərə görə, 122 yaşlı qadın 3 dəfə ailə qurub və onun bu evliliklərdən 10 uşağı olub. Fidan nənənin bir oğlu 100 yaşında vəfat edib. Yerdə qalan 9 uşağından isə 42 nəvəsi olub.

Bu yaşda olmasına baxmayaraq, ciddi sağlamlıq problemi olmayan Fidan nənənin sadəcə gözləri yaxşı görmür. Nəvəsinin köməyi ilə gəzən yaşlı qadın hər səhər çölə çıxanda dua etməyi yadından çıxarmır.
Gəlinlərindən biri isə onun daha çox yağ, süzmə, ayran və qatıqla qidalandığını söyləyib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər