6 Noyabr 2016 09:16
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton qərargahının əməkdaşlarının noutbukları oğurlanıb. APA-nın CBS telenalına istinadən verdiyi xəbərə görə, insident Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verib.

Naməlum şəxslər tərəfindən avtomobildən oğurlanmış üç komputerdə Klintonun seçki kampaniyasına məlumatların saxlanıldığı bildirilir.

Oğurluq Hillari Klinton qərargahının əməkdaşlarının restoranda olduğu zaman baş verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.


Müəllif: