Türkiyədə səfərdə olan ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cosef Dunford həmkarı Hulisi Akkarla görüşdə İraq və Suriyadakı durumu müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Suriya və İraqın ərazi bütövlüyünün qorunması, terrorçuluğa qarşı birgə mübarizə müzakirə edilib.
Suriyanın Münbiç əyalətindən PYD/YPG terror təşkilatının çıxarılması, ümumiyyətlə, bu terror təşkilatlarının
fəaliyyəti müzakirə edilib.
Türkiyənin Təlafər və Sincardakı həssaslığı qarşı tərəfin diqqətinə çatdırılıb. Həmçinin FETÖ-nün Amerikadakı fəaliyyəti barədə Türkiyə tərəfi narahatlığını ifadə edib.
Ayxan