Türkiyədə PKK terror təşkilatı əleyhinə keçirilən hərbi əməliyyatlar zamanı 9 terrorçu məhv edilib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı Cudi Dağı bölgəsində 6, Bestler-Dərələr bölgəsində isə 2 terrorçu öldürülüb. Bir terrorçu sağ ələ keçirilib.
Əməliyyat zamanı eyni zamanda çoxlu sayda silah-sursat da müsadirə edilib.
Bitlis Valiliyinin yaydığı açıqlamada isə Hizan rayonunun Uolbilen kəndində "Şəhid Həsən Hüseyn Gül-5 əməliyyatının keçirildiyi bildirilir. Əməliyyat zamanı bir terrorçu öldürülüb.