Ukraynanın Lvov şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, hadisəyə səbəb döyüş sursatının partlaması olub.
Lvov Vilayəti Polisi Baş İdarəsinin Kommunikasiya Şöbəsinin rəhbəri Svetlana Dobrovolskaya bildirib ki, partlayışın baş verdiyi mənzildə İkinci Dünya Müharibəsindən qalmış döyüş sursatının qalıqları aşkarlanıb. İlkin məlumatda hadisəyə qaz sızmasının səbəb olduğu bildirilirdi.
Qeyd edək ki, hadisə bir neçə saat əvvəl baş verib.
Partlayış zamanı 1 nəfər ölüb.