7 Noyabr 2016 12:52
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtariyyəti Mosul əməliyyatlarında iştirakını gücləndirmək məqsədi ilə Rusiyaya müraciət edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu muxtariyyətin nümayəndəsi Falah Bəkir deyib. O, məsələ ilə bağlı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşdüyünü bildirib.

Bəkirin sözlərinə görə, Rusiya tərəfi peşmərgə qüvvələrinə hərbi və humanitar yardım edə biləcəyini açıqlayıb: "Bunun üçün müvafiq sazişin imzalanması vacibdir".

Bu arada yayılan son məlumatlarda peşmərgə qüvvələrinin Mosulun Başika qəsəbəsini azad etmək üçün əməliyyatlara başladığı qeyd edilib. 3 qoldan edilən hücum nəticəsində ordu qüvvələri qəsəbənin mərkəzinə girməyə nail olub. İlkin ehtimallara görə, hazırda qəsəbədə 100-dən çox terrorçu var.

Samir


Müəllif:

Oxşar xəbərlər