"NATO Rusiya ilə münasibətlərdə artan gərginliyin fonunda döyüş hazırlığını artıracaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Rusiya uzun illərdir müttəfiqlər arasında təbliğat aparmaqla hərbi qüdrətini artırıb: "Buna görə də NATO cavab tədbirləri görməyə məcburdur. NATO-ya üzv ölkələrin qoşunlarında kifayət qədər hərbçi qulluq edir. Hazırda biz çalışırıq ki, bu ölkələrdə hərbi varlığımızı daha da artıraq və istənilən təhlükəyə vaxtında müdaxilə edək".
Samir