Türkiyədə “əsrin işi” kimi təqdim edilən 274 nəfərin həbs olunduğu “Ergenekon işi” ilə bağlı bütün əmr və təlimatların Fətullahçı Terror Örgütü (FETÖ) tərəfindən verildiyi təsdiq olunub.
Teleqraf.com xəbər verir ki, başda Qərargah rəisi İlker Başbuğ olmaqla 274 nəfərin həbs olunduğu işin məhkəməsini aparmış hakimlərdən edilən şikayətlər Ali Komissiya tərəfindən araşdırılıb başa çatıb.
300 səhifəlik hesabatda hakimlər Hasan Hüseyin Özese, Hüsnü Çalmuk, Sedat Sami Haşıloğlu, Fatih Mehmet Uslu, Ercan Fırat və Nihat Topal, prokurorlar Mehmet Ali Pekgüzel və Mehmet Murat Dalkuş hüquq sistemindən kənarlaşdırılıb və barələrində dindirilmə aparılmasına dair qərar qəbul olunub.
Qeyd edək ki, 12 iyun 2007-ci ildə Türkiyənin Ümraniyə qəsəbəsindəki sahibsiz yerdə tapılan 27 əl qumbarası üzrə istintaq 6 il 2 ay davam etdi.
İstintaq çərçivəsində həbs edilən təqaüddə olan general Veli Küçük 99 il, jurnalist Tuncay Özkan 22 il 6, İlker Başbuğ ömürlük, Vətən Partiyasının baş katibi Doğu Perinçek ömürlük azadlıqdan məhrum edilmişdilər. Digər həbs edilənlərin barəsində də ömürlük və ağır cəzalar çıxarılmışdı.
21 aprel 2016-cı ildə Ali Məhkəmə aşağı məhkəmə instansiyaların çıxardığı qərarları ləğv etmişdi.
Ruslan