3 İyul 2014 09:41
1 453

Hər zaman qəribə qərarları və hərəkətləri ilə diqqət çəkən Şimali Koreya lideri Kim Çen In bu dəfə də ənənəsinə sadiq qalıb.

Ötən bir neçə gün ərzində dənizdə əməliyyatlar keçirən Şimali Koreyanın təlimlərinə prezident özü rəhbərlik edib.

Diktator keçirdiyi son təlimlərdə hərbi dəniz qüvvələri komandirlərini də sınaqdan keçirib. Belə ki, Kim Çen In komandirləri sıraya düzərək, onlara dənizdə 10 km məsafədə üzməyi əmr edib. Özü isə daha sonra motorlu qayıqda həmin sınağı izləyib.

Komandirlər yorulduqda onlara "irəli" əmri verərək, ruhdan düşməməyə çağırıb. Tapşırığı uğurla həyata keçirən komandirlər prezidenti razı sala biliblər./anspress/


Müəllif:
Загрузка...