9 Noyabr 2016 00:12
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 8 nəfərlik cinayətkar dəstə saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar insanları zorla İŞİD terror təşkilatının tərkibində döyüşmək üçün Suriya və İraqa göndərməkdə təqsirləndirilir.

Məlumatlara görə, həmin şəxslər 1 ay öncə Rusiya Xalqlar Dostluğu Universitetinin 2-ci kurs tələbəsi, 19 yaşlı Yelenanı bu yolla Suriyaya göndərmək üçün oğurlayıblar. Qızının evə gəlmədiyini görən ana polisə şikayət edib. Aparılan axtarış tədbirləri nəticəsində qız tapılıb. Məlum olub ki, onlar yeniyetmə qızı 1 ay müddətində bağlı qapı arxasında saxlayıb və ona psixotrop maddələr veriblər.

Araşdırmalar zamanı qruplaşma üzvləri arasında Yelenanın sevgilisi Alibek B. da olub. Anası ilə söhbətdə Yelena bəzi maraqlı faktların üstünü açıb. Anasının sözlərinə görə, onlar qızının boğazına bıçaq dirəyib, bir neçə dəfə çılpaq soyundurublar: "Daha sonra zorla diz çökdürüb, başa düşmədiyi bir neçə cümləni deməyə məcbur ediblər. O bizə bildirdi ki, yaxın vaxtlarda Suriyaya gedəcəklər".

Ancaq Yelena anasının sözlərini təkzib edib. O bildirib ki, onu heç kəs o evdə məcbur saxlamayıb: "Mən öz xoşumla orada olmuşam. Gecə saatlarında polislər evə gəldi. Qapını mən açdım və hər şeyin qaydasında olduğunu dedim. Polis işçiləri bizi izahat yazmaq üçün bura gətirdilər. Ancaq neçə saatdır ki burdayıq. Mən Alibeki çox sevirəm".

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Elvin


Müəllif:

Oxşar xəbərlər