9 Noyabr 2016 02:13
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ-ın seçki sistemi köhnəlib.

"Report" xəbər verir ki, bu barədə o, "Radio Miraflores" radiostansiyasının "Salsa saatı" verilişində bildirib.
"Orada prezidenti xalq yox, 500-dən bir qədər çox seçici seçir. Onların seçki sistemi orta əsrlərdən qalıb", - deyə Maduro bildirib.

Cənubi Amerika dövlətinin başçısı Ağ Ev rəhbəri postuna namizəd olan Hillari Klinton və Donald Trampın namizədliyini qiymətləndirməkdən imtina edib və bunu Venesuelanın ABŞ-ın daxili işlərinə qarışmaması ilə əsaslandırıb.


Müəllif:

Oxşar xəbərlər