ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-da prezident seçkilərinin nəticələrinin ABŞ-Azərbaycan münasibətlərinə gözlənilən təsirindən danışıb.
Teleqraf.com-un məlumatına görə, diplomat jurnalistlərə açıqlamasında bildirib ki, seçkinin nəticələri məlum olduqdan sonra yeni administrasiyanın xarici siyasətlə bağlı öz düşüncələri olacaq: "Biz ABŞ-da kimin prezident seçiləcəyini, yeni administrasiyanı kimlərin təmsil edəcəyini hələ bilmirik. Hətta nəticələr fərqli olsa belə, qanuna əsasən gələn il yanvarın 20-ə qədər Barak Obamanın rəhbərlik etdiyi administrasiya hakimiyyətdə qalacaq".