9 Noyabr 2016 23:15
239

ABŞ-da prezident seçkilərində Respublikçılar partiyasından olan namizəd Donald Trampın qələbə qazanması Demokratların nümayəndəsi Hillari Klintonun tərəfdarlarını məyus edib.

Teleqraf.com xəbər verir ki, bir çox məhşurlar müxtəlif üsullarla öz hisslərini fanatları ilə bölüşüblər. Onlar arasında müğənni Ledi Qaqa da olub.

Nəticələr açıqlandıqdan sonra Ledi Qaqa Trampa məxsus qüllələrin qarşısında etiraz aksiyası keçirib. O, əlində "Sevgi nifrəti məğlub edəcək" şüarını tutub və Tvitter hesabından bu sözləri paylaşıb:

"Mən xeyirxah ölkədə yaşamaq istəyirəm. Məhəbbət nifrətə qalib gəlir. O, bizi saymazyana ayırdı. Gəlin, biri-birimizdən müğayət olaq"

Elvin


Müəllif:
Загрузка...