"Klintonun prezidentliyə namizədliyinin irəli sürülməsi və seçkilərdə iştirakını tarixi hadisə hesab edirəm. Mən Hillari Klintonla fəxr edirəm".
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdəki çıxışında bildirib.
Onun sözlərinə görə, Hillari Nyu-York ştatından çox gözəl senator və ən yaxşı dövlət katibi olub: "Onun prezidentliyə namizədliyi tarixi hadisə oldu və bu, ölkənin bütün qızları üçün siqnal rolunu oynadı".