ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi planı olduqca "aqressiv plan" kimi dəyərləndirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bütün Sakit Okean, Avropa və Şimali Amerika ölkələri arasında azad ticarət müqavilələrini rədd edən, Çin və Meksikaya gömrük vergiləri qoymaq istəyən Trampın "güclü ABŞ" hədəfi dolların zəifləmə, eləcə də növbəti ildə ABŞ-da büdcə kəsirini rekord səviyyəyə çatma riskini artırır.
Məlumatlara görə, Tramp növbəti 10 ildə 3 trilyon dollara çatacaq vergi endirimləri planlaşdırır. Meksika və Çindən ediləcək idxala 35-45% gömrük vergisi tətbiq edəcək. O, ölkədə bəzi vergiləri yarıbayarı azaldacaq, vərəsəlik vergisini isə tamamilə lıəğv edəcək. Bütün bunlar il ərzində ABŞ büdcəsinə 1 trilyon dolların gəlməsi deməkdir. Bu isə iqtisadiyyatın 25 faiz zəifləməsi deməkdir.
Tramp iqlim dəyişikliyinin insanlara təsirinə inanmır. Onun fikrincə, bu, çinlilər tərəfindən uydurulan yalandır. O, Meksika sərhədi boyunca divar hördürmək fikrindədir. Hesablamalara görə, bu layihənin ümumi dəyəri 8-12 milyard dollardır. Bundan başqa, Tramp seçki kampaniyası zamanı 10 ildə 25 milyon amerikalını işlə təmin edəcəyi vədini də verib.
Samir