10 Noyabr 2016 17:53
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada azərbaycanlı biznesmen Araz Ağalarovun sərgi mərkəzini partlatmağa cəhd edən şəxs saxlanılıb.

Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya polisi məlumat yayıb.

Saxlanılan şəxs dindirilmə zamanı əməlini etiraf edib.

Bununla yanaşı, Araz Ağalarov Rusiya xüsusi xidmət orqanlarına müraciət edib. Müraciətdə bildirilir ki, naməlum şəxslər azərbaycanlı biznesmeni təhdid edərək, 2 milyon dollar tələb edib. İlkin ehtimallara görə, sərgi mərkəzinin ayaqyolusunda yerləşdirilən bomba Ağalarovu qorxutmaq məqsədi daşıyıb.

Samir


Müəllif:

Oxşar xəbərlər