8 noyabrda keçirilən prezident seçkilərində qalib gələn Respublikaçılar Partiyasının namizədi Donald Tramp sələfi Barak Obama ilə görüşmək üçün Ağ Evə gəlib.
Teleqraf.com xəbər verir ki, Barak Obama hakimiyyəti Trampa vermək üçün onu Ağ Evə dəvət edib.
Donald Tramp seçki kampaniyası dövründə Barak Obamanın xarici siyasətini tənqid etmişdi. O, Rusiya ilə münasibətləri yoluna qoymaq üçün Krımın bu ölkənin ərazisi kimi tanınmasını mümkün hesab etmişdi. O, ABŞ-ın "hakimiyyətləri inqilab yolu ilə dəyişmə" siyasətini də tənqid etmişdi.