Türkiyə polisi Yunanıstana qaçmaq istəyən Fətullahçı Terror Örgütünün (FETÖ) Bursadakı imamı İdris Ç-ni həbs edib.
Teleqraf.com xəbər verir ki, özünü tanınmaz hala salan İdris Ç. suriyalı qaçqınlara qoşularaq qayıq vasitəsilə Yunanıstana keçmək istəyib. Amma qayığın batması nəticəsində o, üzərək yaxınlıqdakı quru yerə çıxıb.
Hadisə yerinə gələn polislər İdris Ç-nin barəsində axtarış elan edilmiş FETÖ-çü imam olduğunu müəyyənləşdiriblər. Məhkəmə İdris Ç-nin barəsində həbs qətimkan tədbiri seçib.
Ayxan