11 Noyabr 2016 12:43
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan “qanuni oğru” Zaxariya Kalaşovun yaxın adamları Rusiyanı tərk ediblər.

Teleqraf.com "Rosbalt"a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik orqanlarındakı nümayəndə məlumat verib. Onun sözlərinə görə, hadisə Kalaşovun azadlığa çıxmayacağı ilə bağlı məlumatların dəqiqləşməsindən sonra baş verib:

"Kalaşovun yaxın adamları onun azadlığa buraxılması üçün fəal işlər aparırdılar. Ancaq məlum oldu ki, o, yaxın zamanlarda azadlığa buraxılmayacaq. Ölkəni "qanuni oğrular" David Osmanov (Dato Krasnodarskiy), Nodari Asoyan (Nodar Rustavskiy), Şalva Osmanov (Kuso) tərk edib. Onlar hamısı Kalaşovun həm də qohumlarıdır.

Kalaşovun yaxın adamları və ona maliyyə dəstəyi göstərən şəxslər də Rusiyadan qaçıblar. Bunun nəticəsində kriminal aləmdə rus mafiyasının yeni liderliyinə namizədlər müzakirə edilməyə başlanıb. Rusiyadan kənarda olan "qanuni oğrular" bu adı daşımaq istəmirlər. Çünki onların Rusiyaya girişi qadağan olunub. Ona görə də hələ ki ən real namizəd kimi Valdimir Tyurin göstərilir".

Qeyd edək ki, Moskva məhkəməsi Zaxariya Kalaşovun həbs müddətinin dekbarın 15-dək uzadılması ilə bağlı qərar qəbul edib. O, ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb.

Elvin


Müəllif:

Oxşar xəbərlər