11 Noyabr 2016 14:57
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da noyabrın 8-də baş tutan prezident seçkilərində qələbə qazanan Respublikaçılar partiyasının nümayəndəsi Donald Tramp milyarder olaraq təqdim edilir.

Teleqraf.com xarici mediaya istinadən Trampın gəliri, sərvəti, xərcləri haqqında ümumi məlumatları təqdim edir:

Donald Trampın sərvəti

ABŞ Federal Seçki Komissiyası prezident seçkiləri prosesində Trampın illik gəlirlərinin 190 milyon dollar artaraq, 557 milyon dollara çatdığını açıqlayıb. Ümumilikdə Trampın hazırki sərvəti 10 milyard dollar göstərilir.

“Le Figaro” qəzeti Meksika ilə sərhəddə divar hörmək və müsəlmanların ABŞ-a girməsinə qadağa qoymaq təklifləri ilə diqqət çəkən Trampın sahibi olduğu varidatın siyasını hazırlayıb.

Tramp 25 yaşında ikən 500 min dollar sərmayə ilə ailəsinə aid şirkətdəki gəlirini 34 %-dən 100%-ə qaldırmağa müvəffəq olub. 1983-ci ildə 37 yaşında olanda Nyu York şəhərində özünün ilk göydələnini - "Tramp qüllələri"ni inşa etdirib.

Trampın sahibi olduğu tikililərin siyahısı:

1. Las Veqas şəhərində "Tramp" oteli

200 metr hündürlüyü olan otel 64 mərtəbədən ibarətdir.

2. Çikaqoda "Tramp beynəlxalq otel və qüllələri"

423 metr hündürlüyündə olan otel ABŞ-ın 3-cü ən yüksək binasıdır.

3. Nyu York şəhərindəki "Tramp dünya qüllələri"

BMT-nin qərargahı qarşısındakı bina 72 mərtəbədən ibarətdir.

4. Nyu York şəhərindəki "Tramp qüllələri"

Bu bina 1983-cü ildə inşa edilib və Trampın ilk göydələnidir.

5. Manhettenin şərqində yerləşən "Tramp sarayı"

Otelin bu il açılması gözlənilir.

6. Atlantik-sitidə yerləşən "Kazino Tramp Plaza"

Bu kazino ötən ilin iyulunda qapadılıb.

7. Atlantik-sitidəki "Tramp Tac Mahal"

Bu obyektin aqibəti məlum deyil.

Bunlardan başqa Tramp 11 sentyabr zamanı partladılan əkiz qüllələrin eynisini tikdirmək istəsə də, buna nail olmayıb.

Sərvətini necə xərcləyir?

Donald Tramp hazırda Manhettendəki "Tramp qüllələri" otelinin ən axrıncı mərtəbəsində yaşayır. Trampın bu oteldəki otağının qapı və pəncərələri qızıldan və almazdan düzəldilib. Tramp Nyu Yorkda darıxanda 100 milyon dollarlıq "Boeing 757" təyyarəsinə əyləşir və digər otellərinə gedir. Onun təyyarəsindəki qoruyucu kəmərlər də qızıldandı. Milyarder çox sayda son model avtomobilə sahibdir.

O, 1985-ci ildə Palm çimərliyində 10 milyon dollara 17 hektarlıq ərazi satın alıb. Tramp burada inşa edilən evində 10 il yaşayıb. Ev 58 otaqdan və 33 hamamdan ibarətdir.

1995-ci ildə o, Nyu York şəhərində özü, həyat yoldaşı və oğlu Barron üçün 213 hekratlıq ərazi alıb. Tramp yaxın vaxtlarda 7,5 milyon dollar ödəməklə özünə qolf meydançası alıb.

Onun motosikleti də göz oxşayır. "Orange County Choppers" adlı motosiklet 24 karat qızıldan hazırlanıb. 2011-ci ildə Tramp 12,7 milyon dollara üzüm bağı alıb. Tramp özünə məxsus "Sikorsky S-76" helikopterini bu il restavrasiyaya verib və onun bir çox hissəsini qızıldan etdirib.

Bir neçə dəfə iflasa uğradı

Uğurları ilə hamının diqqətində olan Tramp bir neçə dəfə iflas səviyyəsinə çatıb. Ancaq o, hər dəfə iflasdan qalxmağa nail olub. "Forbes"in məlumatlarına görə, 1946-ci ildə doğulan Tramp ilk iflasını 1991-ci ildə yaşayıb.

1 milyard dollar xərclədiyi Atlantik-sitidəki "Tac Mahal" kazinosu bir il sonra 3 milyard dollar borcla iflas edib.

1992-ci ildə 3 layihəni birdən həyata keçirən Tramp uğur qazanıb və dönüş etməyi bacarıb.

1984-ci ildə Atlantik-sitidə yerləşən "Tramp oteli və kazinosu", 1985-ci ildə "Tramp Kastl" kazinosu, 1992-ci ildə Nyu Yorkdakı "Plaza Otel" 1 milyard dollarla iflas etdiyini açıqlayıb.

2004-cü ildə "Tac Mahal", "Tramp Marina" "Tramp Plaza" və "İndiana" kazinolarının idarə olunduğu "Tramp Otellər və qumarxanalar zənciri" ümumilikdə 1,8 milyard dollar borcla iflasını elan edib.

2008-ci ildə baş verən iqtisadi böhran Trampın şirkətlərini də vurub və "Tramp Şirkətlər Qrupu" 2009 və 2014-cü ildə 2 dəfə iflasdan qorunma məsələsini gündəmə gətirib.

Samir


Müəllif: