11 Noyabr 2016 15:03

ABŞ Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton seçkilərdəki məğlubiyyətdən sonra meşəyə üz tutub.

Teleqraf.com-un məlumatına görə, meşədə Klintonla rastlaşan Nyu-York sakini Gester adlı qadın xanım siyasətçi ilə çəkdirdiyi fotoşəkli feysbukda paylaşıb. Qızı ilə meşədə gəzməyə çıxdığını qeyd edən Gester bildirib ki, qəflətən meşədə Hillari Klinton və onun həyat yoldaşı Bill Klintonla qarşılaşıb. Cütlük itləri ilə birgə meşədə yürüşə çıxıbmış: “O, mənə qarşı çox nəzakətlə davrandı. Mən xanım Klintona dedim ki, çox qürurla ona səs vermişdim. Hillari Klintonla rastlaşmağım məncə, yaxşı işarədir. Bu fotonu isə ona görə paylaşıram ki, insanlar ümidini itiməsin”.

Nərgiz


Müəllif:
Загрузка...