Almaniyalı arxeoloq Henrix Kuş Avropada apardığı araşdırmalar zamanı qeyri-adi yeraltı şəbəkə aşkar edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kuş aşkar etdiyi tunellər şəbəkəsiinin hansı dövrə aid olduğunu müəyyən etdikdən sonra araşdırmalarını genişləndirmək qərarına gəlib.
Onun sözlərinə görə, bu şəbəkənin 12 min yaşı var: "Qədimdə insanlar bu tunellərdən vəhşi heyvanlardan, kəskin hava şəraitindən qorunmaq üçün istifadə edib. Araşdırmalarım zamanı tunellər şəbəkəsinin Şotlandiyadan Aralıq dənizinə qədər uzandığının şahidi oldum. Şotlandiyadan demək olar ki, bütün səmtlərə bu cür tunellər var".
Henrix Kuş araşdırmalarını yekunlaşdırdıqdan sonra "Qədim dövrün gizli yeraltı qapıları" kitabını yazıb.
Samir