11 Noyabr 2016 21:25
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılması üçün tələb irəli sürəcək.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə D.Trampın xarici siyasət üzrə müşaviri Valid Fares deyib. Onun sözlərinə görə, yeni prezident sənədi müzakirə üçün Konqresə göndərəcək və İran tərəfindən sazişin bəzi bəndlərində dəyişikliklər edilməsini tələb edəcək.

Qeyd edək ki, D.Tramp seçki kampaniyası çərçivəsində dəfələrlə İranla bağlanmış nüvə sazişini tənqid edib.


Müəllif:

Oxşar xəbərlər