“Fələstində “Dmitri Medvedev küçəsi”nin açılışı olacaq”. Teleqraf.com bunu “İnterfax”a müsahibəsində Fələstin Muxtariyyatının lideri Mahmud Abbas bildirib. O qeyd edib ki, açılış mərasimi Rusiya baş nazirinin Fələstinə bu gün başlayan səfəri çərçivəsində olacaq.
M.Abbas həmçinin, qeyd edib ki, onlar Rusiya prezidenti Vladimir Putinin Fələstinə tezliklə edəcəyi səfəri gözləyirlər. Bu səfər zamanı Vifliemdə V.Putinin adını daşıyacaq çoxfunksiyalı mühüm mədəni, iqtisadi və bədii mərkəzin açılışı olacaq.
Qeyd edək ki, D.Medvedev bu gün Fələstin Muxtariyyatının İerixon şəhərinə səfər edərək Fələstin lideri ilə danışıqlar aparıb. Rusiya hökumətinin başçısı Fələstinə İsraildəki görüşlərini yekunlaşdıraraq gəlib. D.Medvedev və M.Abbas Yaxşı Şərqdəki cari məsələləri, həmçinin ABŞ-dakı prezident seçkisinin nəticələrini müzakirə ediblər.
Bu, D.Medvedevin Fələstinə ikinci gəlişidir. O, Fələstinə ilk dəfə Rusiya prezidenti kimi 2011-ci ilin yanvarında səfər edib.
Səxavət