12 Noyabr 2016 16:48
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva və Sankt Peterburqda terror aktı törətmək istəyən 10 nəfəri həbs edib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Mərkəzi Asiyada olan terrorçular avtomat və partlayıcı qurğulardan istifadə etməklə əhalinin sıx olduğu yerlərdə silsilə terror aktları planlaşdırıblar.

FTX-də bildiriblər ki, saxlanılanlardan 4 əldəqayırma partlayıcı qurğu, avtomat silahlar, rabitə vasitələri götürülüb. Onlar İŞİD rəhbərliyi ilə əlaqəli olduqlarını, eləcə də Rusiyada və xaricdə olan silahdaşlarının adlarını açıqlayıblar.

Əməliyyatı Rusiya DİN Tacikistan və Qırğızıstan xüsusi xidmət orqanları ilə birgə həyata keçirib.

Nihad


Müəllif: