12 Noyabr 2016 21:28
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərində polis əməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb.

Donald Trampın prezident seçilməsinə qarşı təşkil olunan aksiyada üç minədək etirazçı iştirak edib. Şəhər administrasiyasının binasınadək yürüş keçirən etirazçılar aksiyanı meriyanın qarşısındakı parkda davam etdiriblər. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.


Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir. Bəzi şəhərlərdə aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb./APA/


Müəllif:

Oxşar xəbərlər