13 Noyabr 2016 09:57
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın əməkdar artisti Boris Lifanov Tver akademik dram teatrının səhnəsində oynadığı tamaşadan dərhal sonra dünyasını dəyişib. Bu barədə “Report” gazeta.ru saytına istinadən xəbər verir.

“Boris Lifanov “Səkkiz sevən qadın” tamaşası bitdikdən sonra tamaşaçılara təzimdən sonra teatr səhnəsində vəfat edib”, - teatrın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Boris Lifanov Tver dram teatrına 1983-cü ildə gəlib və həyatının 30 ilini həmin teatra həsr edib. Onun obrazları içərisində Çexovun “Çayka” əsərində Triqorin, Rıbakovun “Arbat uşaqları”nda Saşa Pankratov, Ostrovskinin “Qurdlar və qoyunlar”ında Berkutov rolunu və digər çoxsaylı məşhur rollar yer alıb.


Müəllif:

Oxşar xəbərlər