Birləşmiş Ştatların Əfqanıstandakı səfirliyi "təhlükəsizlik tədbirləri" səbəbindən bağlanıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Diplomatik nümayəndəliyin bağlanması haqqında qərar silahlıların ABŞ-ın Kabil yaxınlığında yerləşən "Baqram" hərbi bazasına hücumundan sonra qəbul olunub. Hücum nəticəsində iki Amerika əsgəri və iki müqavilə üzrə qulluq edən hərbçi həlak olub.