13 Noyabr 2016 23:39
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Jens Stoltenberg təhlükəsizlik təhdidlərinin artdığı bir dönəmdə ABŞ və Avropa Birliyi (AB) arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, baş katib İngiltərənin "The Guardian" qəzetinə müsahibəsində "yola yalnız davam etmək seçim deyil" deyib.

Jens Stoltenberg qeyd edib ki, dövrün ən böyük təhlükəsizlik problemi ilə üz-üzədirlər: "Bizim AB ilə ABŞ arasındakı əməkdaşlığın qiymətini müzakirə edəcək vaxtımız deyil. ABŞ-AB əməkdaşlığı son 67-il boyunca tərəflərə sülh, azadlıq, əmin-amanlıq gətirib. Bu əməkdaşlıq nəticəsində SSRİ-ni sıradan çıxardıq, soyuq müharibəyə son qoyduq. İndiki məqamda güclü ABŞ-ın liderliyinə ehtiyac var. Avropalıların da bu yükün altına girməsinə ehtiyacımız var. Biz ABŞ-AB əməkdaşlığının fərqində olmalıyıq. Fərqli xüsusiyyətlərimizi dərinləşdirməkdənsə, bizi birləşdirən dəyərlərə diqqət yetirməliyik. Yola yalnız davam etmək nə Avropa nə də ABŞ üçün seçim deyil".


Müəllif:

Oxşar xəbərlər