14 Noyabr 2016 13:00
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda yerləşən gözəllik salonlarından birində silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə salonun zirzəmisində baş verib. İlkin məlumatlara görə, hadisə zamanı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Şahidlər bildirirlər ki, atışma baş verən yer "kriminal aləm"in iştirakçılarının tez-tez yığışdığı obyekt olub. Onlar burada maliyyə məsələlərini həll edirlərmiş. Faktla bağlı araşdırma aparılır.

Samir


Müəllif: