Yaxın vaxtlarda Rusiya və İran arasında silah satışı ilə əlaqədar yeni razılaşma imzalanacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Duması Federasiya Şurasının müdafiə məsələləri komitəsinin sədri Viktor Ozerov açıqlama verib.
Onun sözlərinə görə, məsələ Tehran rəhbərliyi ilə müzakirə edilir: "10 milyard dollar dəyərində olan razılaşmaya döyüş təyyarələri, helikopterlər, T-90 tankları və top sistemləri daxildir".
Qeyd edək ki, ABŞ bu ilin fevralında Moskva rəhbərliyinə İrana döyüş təyyarələrin satılmaması üçün xəbərdarlıq etmişdi.
Samir