3 İyul 2014 13:19
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətində separatçılar ordu qüvvələri nəzarəti altında olan blokpostlara qəfil hücum edib.

Teleqraf.com bildiri ki, separatçılar ağ bayraq qaldıraraq maşınlarla hərbçilərin nəzarəti altında olan blokpostlara tərəf hərəkət edib. Hədəfə yaxınlaşan kimi separatçılar ağ bayraqları kənara ataraq blokpostları atəşə tutub. Şiddətli döyüşlərdən sonra separatçılar geri çəkilib. Ölən və yaralananlar haqqında məlumat verilmir.

Qeyd edək ki, separatçılar ötən gecə də ordu qüvvələrinə qəfil hücum etmişdi. 18 hərbçi yalanmış, 1-i isə ölmüşdü. /ANS PRESS/


Müəllif: