15 Noyabr 2016 01:33
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 45-ci prezidenti Donald Tramp komandasını formalaşdırmaqdadır. Teleqraf.com xəbər verir ki, "Blomberg" agentliyi ABŞ-ın maliyyə və enerji nazirliklərinə rəhbər təyin edilə biləcək şəxsləri təqdim edib.

Bildirilir ki, Tramp maliyyə naziri postuna "Goldman Sachs" şirkətinin rəhbəri Stiv Mnuçini təyin etmək istəyir. O, Trampın seçki kampaniyasının maliyyə direktoru olub. Mnuçin Nyu Yorkda yerləşən "Dune Capital Management"in qurucusudur. O, Goldman Sachs" şirkəti vasitəsilə Hollivud filmlərini maliyyələşdirib. "İntihar", "Çılğın Max", "Hirsli yollar" və "Snayper" filmi Mnuçinin son illər maliyyələşdirdiyi ekran işlərindəndir.

Donald Trump və Senat təsdiqləyəcəyi təqdirdə maliyyə naziri olacaq Mnuçinin qarşısında ölkənin getdikcə artan büdcə kəsiri və büdcədən yayınmaları aradan qaldırmaq kimi böyük vəzifələr durur. Üstəlik Trampın "valyuta manipulyator"u adlandırdığı Çinlə maliyyə münasibətlərini təmzimləmək məsuliyyəti də onun üzərinə düşür.

Enerji naziri postuna aşağıdakı üç şəxsdən biri gətirilə bilər.

"Associated Press"ə görə, bunlardan biri "Petrol kralı" Harold Hamm, digərləri isə Respublikaçılar Partiyasının Cənubi Dakota üzrə nümayəndəsi Kevin Kramer və investor Robert Gradidir.

Trampın enerji siyasətinin Obamanın 8 illik enerji proqramına daban-dabana zidd olduğunu nəzərə alsaq, yeni enerji naziri işləri səhmana salmaq üçün çox enerji ititrməli olacaq.

Qeyd edək ki, Obama neft, təbii qaz və kömür istehsalına müəyyən məhdudiyyətlər qoyaraq alternativ enerji proqramlarını dəstəkləmişdi. Tramp isə neft, təbii qaz və kömür istehsalına qoyulan məhdudiyyətləri aradan qaldırılacağını bəyan edib.

Ruslan


Müəllif:

Oxşar xəbərlər