Ukraynanın "Müxaliflət bloku" partiyasının Nikolayevsk şəhərindən olan deputatı hücuma məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı partiyanın məlumat xidməti məlumat yayıb:
"Larisa Veselovskayaya 2 kişi hücum edib və onu döyüblər. Hücum zamanı cinayətkarlar onun şəxsi əşyalarına dəyməyiblər. Bu sifarişli hücumdur. Deputat başından ciddi zədə alıb. O, xəstəxanaya çatdırılıb".
Məlumatlarda qeyd edilib ki, polis faktla bağlı araşdırmaya başlayıb.
Samir