Ukraynanın paytaxtı Kiyevdə kütləvi etiraz aksiyaları keçirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 500 etirazçı Milli Bankın, 3000 nümayişçi Prezident Aparatının, 400-dən çox insan isə Ali Radanın qarşısında etiraz aksiyalarına qoşulub.
Milli Bankın qarşısındakı etirazçılar bank sədri Valeriya Qontarevanın istefasını tələb edirlər. Prezident Aparatı qarşısındakı insanlar müflis olmuş "Mixaylsk", "Delta bank" və "VAB bank"ın onlara olan borcunun ödənilməsini istəyirlər. Ali Rada qarşısındakı şəxslər isə "Yetər! Hərəkət etmək vaxtıdır" şüarını qaldırıblar. Şəhərdəki etiraz aksiyaları nəqliyyatın hərəkətini tamamilə iflic edib. İddialara görə, yaxın saatlarda etirazçıların sayı 50 minə çatacaq.
Qeyd edək ki, bu gün "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko xalqı Kiyevin mərkəzində etiraz aksiyası keçirməyə çağırıb. Onun sözlərinə görə, prezidenti Petro Poroşenko və Milli Bank korrupsiyaya dəstək verirlər, dövlət rəhbəri əsas vəzifələrə biznes həmkarlarını təyin edib: "Bu gün ancaq insanlarımız haqqı bərpa edə və hökumətə yerini göstərə bilərlər. Bu gün bütün vətəndaşlar, o cümlədən təqaüdçülər Kiyevin mərkəzində müddətsiz aksiyalar başlayacaq. Etirazlara səbəb qrivnanın məzənnəsinin enməsi, qiymət artımı və bank əmanətlərinin qaytarılmasıdır.
Ukrayna daxili işlər naziri Arsen Avakov isə öz növbəsində təhlükəsizlik xidmətlərinə icazəsiz aksiyaları dağıtmağı tapşırıb.
Sentyabrın sonlarında Ukrayna mediasının yaydığı məlumatda bildirilirdi ki, "Batkivşina" partiyası ölkədə yeni Maydan hərəkatını başlamağa hazırlaşır.
Samir