"Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etmək və onu barəsində axtarış elan olunduğu üçün Gürcüstana göndərmək lazımdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Vadi Rabinoviç deyib.
Onun sözlərinə görə, o, bununla bağlı prokurorluğa müraciət edib: "Ekstradisiyanın ən çətin tərəfi qanuna görə Ukraynanın öz vətəndaşlarını başqa ölkəyə təhvil verə bilməməsidir".
Qeyd edək ki, Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu korrupsiyada ittiham edib və Odessa qubernatoru vəzifəsindən istefa verib.
Samir