3 İyul 2014 14:50

Səudiyyə Ərəbistanı İraqla sərhədə 30 min əsgər yığıb.

Teleqraf.com bildirir ki, Səudiyyə Ərəbistanı hökuməti İraq Şam İslam Dövləti tərəfindən edilə biləcək hücumların qarşısını almaq üçün ölkənin şimal sərhədinin gücləndirilməsi barədə qərar çıxarıb.

Hökumət bu qərarı İraq hərbçilərinin Səudiyyə Ərəbistanı sərhədini kütləvi şəkildə tərk etdikdən sonra çıxarıb. İraq ordusu İŞİD-lə döyüşmək üçün Səudiyyə Ərəbistanı sərhədində olan əsgərləri ölkənin içərilərinə tərəf cəlb edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Abdullah arasında telefon danışığı olub. Tərəflər İŞİD-in təhlükəsindən danışıblar.

/ ANS PRESS/


Müəllif:
Загрузка...