İraqın qərbində toy zamanı törədilən partlayış nəticəsində azı 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu haqda İraqın "As-Sumariya" telekanalı məlumat yayıb.
İnformasiyaya əsasən, minalanmış avtomobil Bağdaddan 50 km aralı Anbar əyalətinin Əl-Fəluca şəhərinin cənubunda yerləşən Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.
Xəbərə görə, partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.