18 Noyabr 2016 11:11
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın mərhum prezidentinin qızı Lola Kərimova-Tillyayeva İslam Kərimov adına Fond yaradır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lola Kərimova-Tillyayeva bu barədə özünün feysbuk səhifəsində yazıb.

O, bildirib ki, İslam Kərimovun adını daşıyan xeyriyyə fondunun məqsədi mərhum prezidentin həyat prinsiplərini yaşatmaqdır.

Fond ilk növbədə İslam Kərimov muzeyi yaradacaq. Bundan başqa, elmi-maarifçi iş aparmaq, müəllim və tibb işçilərinin hazırlıq səviyyəsini yüksəltmək, ölkədə və xaricdə ali təhsil alan gənclərə yardım göstərmək İslam Kərimov Fondunun əsas məqsədlərinə daxildir.

Lola Kərimova-Tillyayevanın açıqladığına görə, fond özbək dilinin inkişafına xüsusi diqqət yetirəcək.

MAHİR


Müəllif:

Oxşar xəbərlər