18 Noyabr 2016 13:11
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Rusiyanı regionda və bütün dünyada nüfuza, hərbi baxımdan super gücə malik dövlət adlandırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti bunu Almaniyanın federal kansleri Angela Merkellə danışıqlarının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

“Mənim Rusiya ilə münasibətlərə dair prinsipim ofisdəki (prezident ofisi nəzərdə tutulur-S.HƏMİD) ilk günümün ilk anından etibarən dəyişməyib. Rusiya vacib dövlətdir, o, hərbi baxımdan super dövlətdir. Onun regionda və bütün dünyada nüfuzu var”.

Onun sözlərinə görə, ABŞ dünyada yaranan hərbi münaqişələri həll etməkdə maraqlıdır və bu məsələdə Vaşinqtona “Rusiya ilə işləmək və onunla əməkdaşlığa nail olmaq lazımdır”. Obamanın çıxışı Ağ evin YouTube kanalı vasitəsilə yayımlanıb.

Qeyd edək ki, iyul ayında ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper bildirmişdi ki, Rusiya “üstün dövlət” deyil, sadəcə belə görünməyə cəhd göstərir.

Rusiya prezidenti Vladimir Putin isə yanvar ayında Almaniyanın “Bild” nəşrinə bildirmişi ki, Rusiya öz üzərinə üstün dövlət rolu götürməyib və buna “zərurət yoxdur”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər