Prezident Barak Obama vəzifəsinin bitməsinə iki ay qalmış ABŞ-ın Alyaska ştatı sahillərində neft və təbii qaz axtarışı ilə bağlı fəaliyyətə qadağa qoyub.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qütblərdə neft-qaz axtarışı və istehsalı ilə məşğul olan enerji şirkətlərinə bu barədə xəbərdarlıq göndərilib.
“Ekoloji risk daşıyan sahələrin mühafizəsi” haqqında ABŞ qanunu gələn ilin 1 iyulunda qüvvəyə minəcək. Alyaska ştatının şimalındakı Beaufort və Çukçi dənizlərini də yeni qanunun tətbiq dairəsinə daxildir .
İlhamə ƏBÜLFƏT